“Rusiya 2018”: Səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa və Argentina milliləri qarşılaşırlar
İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə Fransa-Argentina oyunu ilə start verilib.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena”da keçirilən görüşdə Fransa millisinin heyətində meydana Uqo Loris, Lukas Hernandes, Samuel Umtiti, Benjamin Pavard, Rafael Varan, Blais Matuidi, Pol Poqba, Nqolo Kante, Kaylian Mbappe, Antuan Qrizman və Oliver Jiru çıxıblar.
Argentina millisinin start heyətində isə Franko Armani, Nikolas Taqliafiqo, Markos Roxo, Nikolas Otamendi, Qabriel Merkado, Xavier Maskerano, Ever Baneqa, Enzo Peres, Anqel Di Maria, Lionel Messi və Kristian Pavon yer alıblar.
Matçın baş hakimi iranlı Alireza Faqanidir.
Bu oyunun qalibi dörddəbir finalda Uruqvay-Portuqaliya matçında üstün olan komanda ilə qarşılaşacaq.