La Liqa: “Real” “Barselona”nın xal itkisindən yararlana bilib

A- A A+

İyunun 28-də futbol üzrə İspaniya La Liqasının 32-ci turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RCDE” stadionunda “Espanyol” lider “Real Madrid” komandasını qəbul edib. Görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Kərim Benzemanın ötürməsini braziliyalı Kazemiro dəqiq zərbə ilə tamamlayıb.

Oyunun sonrakı dəqiqələrində hesab dəyişməyib və “Real Madrid” İspaniya La Liqasında ardıcıl beşinci qələbəsini qazanaraq xal ehtiyatını 71-ə çatdırıb. Turnir cədvəlində lider olan “Real Madrid” əzəli rəqibi “Barselona”nı 2 xal fərqi ilə qabaqlayır.

Xatırladaq ki, ötən gün “Barselona” səfərdə “Selta Viqo” komandası ilə heç-heçə edib - 2:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: