Futbol üzrə Avstriya çempionatının qalibi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın 30-cu turunda “Hartberq”ə 3:0 hesabı ilə qalib gələn “Zalsburq”, mövsümün sonuna 3 tur qalmış birinciliyi təmin edib.
Ardıcıl yeddinci çempionluğunu rəsmiləşdirən “Zalsburq” ümumilikdə 14-cü dəfə çempionatın qalibi olub.