İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.