İspaniya La Liqası: “Barselona” yenə xal itirib

A- A A+

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” klubu “Atletiko Madrid”i qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesab 11-ci dəqiqədə açılıb. “Ateltiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim “Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib.

“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko Madrid” turnir cədvəlində 3-cü yerdədir.

Qeyd edək ki, yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: