Muxtar respublikada yeni hakimlik kursu fəaliyyətə başlayacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir, muxtar respublikada futbol hakimliyinin inkişafı və potensialların artırılması məqsədi ilə yeni hakimlik kursu fəaliyyətə başlayacaq.    

Tədris prosesində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin təcrübəli mütəxəssisləri iştirak edəcək. Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə reallaşacaq kursları uğurla başa vuranlar sertifikat və hakimlik nişanları ilə təmin olunacaqlar

Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı keçid linkinə daxil olub, anket nümunəsini tamamlayaraq göstərilən elektron ünvanına göndərə bilərlər.

https://www.affa.az/index.php/news/hakim-olmaq-istynlrin-nzrin/64380

Qeyd edək ki, NFF-nin ötən ildən etibarən keçirdiyi hakimlik kurslarının nəticəsi olaraq 30-a yaxın gəncin bu sahədə fəaliyyəti təmin olunub. Region Liqası, Naxçıvan Futzal Liqası, "Naxçıvan Kuboku-95" beynəlxalq turniri və digər yarışlarda müxtəlif təyinatlar almaqla oyunlarda ədaləti təmsil etmək imkanı qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: