Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında final uğrunda mübarizə davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 1-də Maqnus Karlsen çinli Liren Dinq, hollandiyalı Aniş Giri Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinalın ilk matçlarında A.Giri Y.Nepomnyaşi, M.Karlsen L.Dinq üzərində qələbə qazanıb.
Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.