COVID-19 pandemiyasının idmana təsirləri ilə bağlı müzakirələr aparılıb

A- A A+

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Lozanna Olimpiya Muzeyində bir sıra görüşlər keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi BOK-un rəsmi saytına istinadla xəbər verir ki, T.Bax əvvəlcə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə fikir mübadiləsi aparıb. Müzakirələr zamanı COVID-19 pandemiyasının idman yarışlarına, həmçinin futbol oyunlarına təsiri barədə danışılıb. Onlar, həmçinin koronavirusla mübarizədə idmanın rolunu xüsusi vurğulayıblar.

BOK prezidenti Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Mirinari Vatanabe ilə görüşündə də koronavirus pandemiyasının idmana təsirlərini müzakirə edib. Onlar gələn il keçiriləcək “Tokio-2020” Yay Olimpiya Oyunları ilə bağlı müzakirələr aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: