İyulun 1-də futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Milan” səfərdə autsayder SPAL komandası ilə qarşılaşıb. Oyun “Milan” klubunun üstünlüyü ilə keçsə də, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
SPAL-ın heyətində Mattia Valoti (13), Serqio Flokkari (30), “Milan”nın isə Rafel Leao (79) və Françesko Vikari (90, avtoqol) fərqlənib.
Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Bolonya” - “Kalyari” - 1:1;
“Fiorentino” - “Sassuolo” - 1:3;
“Verona” - “Parma” - 3:2;
“Leççe” - “Sampdoriya” - 1:2;
“İnter” - “Breşiya” - 6:0.