“Çelsi” gözlənilmədən səfərdə uduzub

A- A A+

İyulun 1-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Çelsi” səfərdə “Vest Ham Yunayted” komandası ilə qarşılaşıb. Görüş 3:2 hesablı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

“Vest Ham Yunayted”in heyətində Tomas Souçek, Mixail Antonio, Andrey Yarmolenko fərqlənib. “Çelsi”nın isə hər iki qolunu braziliyalı Vilian vurub.
Xatırladaq ki, günün digər oyunlarında “Everton” öz meydanında “Lester Siti”ni (2:1), “Arsenal” “Norviç Siti”ni (4:0), “Bormunt” isə səfərdə “Nyukasl Yunayted” komandasını məğlub edib - 4:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: