Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb

A- A A+

Ralli üzrə dünya çempionatının təşkilatçıları cari mövsümün yeni təqvimini açıqlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionat martın əvvəlində koronavirus pandemiyasına görə təxirə salınmışdı. Sonuncu mərhələyə Meksika ev sahibliyi etmişdi.

Çempionatın sentyabrda bərpa olunacağı gözlənilir. Bərpadan sonra birinci yarış hazırkı dünya çempionu Ott Tyanakın vətəni Estoniyada sentyabrın 4-6-na planlaşdırılıb. Növbəti mərhələlər sentyabrın 24-27-də Türkiyədə, oktyabrın 15-18-də Almaniyada, oktyabrın 19-22-də Yaponiyada, oktyabrın 29-dan noyabrın 1-dək İtaliyada təşkil olunacaq.

Hazırda yarışın Belçika və Xorvatiyada keçirilməsi ilə bağlı danışıqlar gedir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: