Dünya çempionu "Fiorentina"nın baş məşqçisi olacaq

A- A A+

İtaliyanın "Fiorentina" klubunda baş məşqçi dəyişikliyi reallaşacaq. 

NUHÇIXAN İnformasiya Agentliyi "Sky Sport"a istinadən xəbər verir ki, "Roma" klubunun sabiq futbolçusu Daniele De Rossi komandanın sükanı arxasına keçəcək. 

Karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək. O, növbəti mövsümdən etibarən işə başlayacaq. 

Qeyd edək ki, Daniele De Rossi 2001 - 2019-cu illərdə "Roma"da çıxış edib. O, son olaraq Argentinanın "Boka Xuniors" komandasında oynayıb. Keçmiş yarımmüdafiəçi "Roma" ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb. De Rossi 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: