Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq olunacaq

A- A A+

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali futbol qurumunun texnologiya direktoru Yohannes Holsmüller meydanın kənarlarına xüsusi robot cihazların qurlaşdırılacağını deyib. Bildirib ki, bununla oyunçunun ofsaydda olub-olmaması müəyyənləşəcək. Yeni texnologiya ilə mübahisəli ofsayd epizodlarında VAR-a müraciət edilib əlavə vaxt itkisinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Qətərdə keçiriləcək mundial ilk dəfə qışda - 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: