Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Çelsi” klubu doğma azarkeşlər önündə “Vatford” komandasını qəbul edib. “Stenford Bric” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
London təmsilçisinin heyətində Olivye Giru, Villian və Ros Barkli fərqləniblər.
Bu qələbədən sonra xalını 57-ə çatdıran “Çelsi” turnir cədvəlində yenidən üçüncü pilləyə yüksəlib. “Vatford” isə 28 xalla 17-ci yerdə qərarlaşıb.