İyulun 4-də futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnir cədvəlin lideri “Liverpul” öz meydanında “Aston Villa”nı qəbul edib.
“Enfild” stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı Sadio Mane 74-cü dəqiqədə açıb.
Son nöqtəni 89-cu dəqiqədə Kertin Jons qoyub.
Çempionuğunu vaxtından əvvəl təmin etmiş “Liverpul” aktivinə 89-cu xalı yazıb. “Aston Villa” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.