İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub.
Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.
Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.