Türkiyə Superliqası: "Trabzonspor" səfərdə "Qalatasaray"ı məğlub edib

A- A A+

İyulun 5-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı qonaqların yarımmüdafiəçisi Jose Souz açıb. Matçın 70-ci dəqiqəsində Trabzon təmsilçisinin müdafiəçisi Filip Novak komandasının ikinci qolunu vurub. Görüşün 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Mikel Seri vurulan qollardan birinin əvəzini çıxıb. Lakin "Trabzonspor"un hücumçusu Aleksandr Sorlot oyunda son nöqtəni qoyaraq komandasının qələbəsini rəsmiləşdirib.

Günün digər matçlarında "Rizəspor" səfərdə "Konyaspor"a minimal hesabla uduzub. "Kasımpaşa" - "Sivasspor" görüşündə isə qapılara qol vurulmayıb.

XXX tura iyulun 6-da "Kayserispor" – "Beşiktaş" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (49 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: