Qətərin "Əl-Sədd" futbol klubunun baş məşqçisi Xavi Ernandes daha bir il komandanı çalışdıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 40 yaşlı ispaniyalı mütəxəssis klubu ilə müqaviləni uzadıb. Xavinin yeni sözləşməsi 2020-2021 mövsümünün sonunadək nəzərdə tutulub.
"Barselona"nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi.
Qeyd edək ki, Xavi "Barselon"nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilində isə "Əl-Sədd"ə çıxış edib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.