İyulun 6-da futbol üzrə Türkiyə çempionatının XXX turunun sonuncu qarşılaşmasında “Kayserispor” “Beşiktaş”ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə meydan sahibləri İstanbul klubunu 3:1 hesabı ilə məğlub ediblər. “Kayserispor”un heyətində 51 və 83-cü dəqiqələrdə Həsən Hüseyn Acar, 86-cı dəqiqədə isə Artem Kravets fərqləniblər. “Beşiktaş”ın yeganə qolunu isə Atiba Hutçinson vurub.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 63 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 61 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Qalatasaray” isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerləri “Beşiktaş” (50 xal), “Fənərbağça” (49 xal), “Alanyaspor” (48 xal) və digər komandalar tuturlar.