Futbol üzrə Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.
Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub.