Mustafa Şentop yenidən Türkiyə parlamentinin sədri seçilib

A- A A+

Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinə ikinci dövr üçün parlamentdə təşkil olunan səsvermə ilə qanunvericiliyə uyğun olaraq 27-ci çağırış yeni sədr vəzifəsi uğrunda beş namizəd mübarizə aparıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun adını vahid namizəd olaraq irəli sürüblər. Səsvermədə əsas mübarizə AKP-dən olan millət vəkili Mustafa Şentop ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Haluk Koç arasında olub.

Səsvermənin birinci turunda rəqiblərindən irəlidə olan Mustafa Şentop 324 səs toplasa da, bu göstərici tələb olunan 400 səsdən aşağı olduğu üçün səsvermənin ikinci turu keçirilib. İkinci turda da eyni hüquqi vəziyyət yaranıb. Nəhayət, üçüncü tur səsvermədə Mustafa Şentop 328 səslə rəqiblərini geridə buraxmaqla deputatların etimadını qazanaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: