Türkiyə Superliqası: “Gənclərbirliyi” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib

A- A A+

Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci qarşılaşmasında "Fənərbağça" səfərdə "Gənclərbirliyi"nin qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin hər biri oyunda bir dəfə fərqlənərək heç-heçə ediblər. "Fənərbağça"nın heyətində Əmrə Belözoğlu, meydan sahiblərinin heyətində isə Boqdan Stanku fərqlənib.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: