“Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib

A- A A+

İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tiaqo Alkantaranı transfer edib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi "Bavariya"ya 2013-2014-ci il mövsünündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: