Futbol üzrə Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum olub

A- A A+

Türkiyə Futbol Federasiyası futbol üzrə "Ziraat Türkiyə Kuboku"nun final oyunun keçiriləcəyi tarixi və stadionu açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Ziraat Türkiyə Kuboku" iyulun 29-u İstanbulda keçiriləcək.

Bildirilir ki, "Trabzonspor" və "Alanyasport" arasında baş tutacaq final oyunu "Atatürk" Olimpiya Stadionunda oynanılacaq. Oyun yerli vaxtla saat 21:30-da başlayacaq.

Xatırladaq ki, mayın 5-i keçirilməli olan "Ziraat Türkiyə Kuboku"nun final oyunu yeni növ koronavirus səbəbilə təxirə salınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: