Tokio olimpiadasında yarışlara bilet almış azarkeşlər pulları geri ala biləcəklər

A- A A+

Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib. Qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb. Tarixin dəyişdirilməsinə baxmayaraq “Tokio-2020” adı qorunub saxlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: