İyulun 9-da futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turun oyunlarına “Aston Villa” - “Mançester Yunayted” görüşü ilə yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Villa Park” stadionunda oynanılan görüş Mançester təmsilçisinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Qonaqlar oyunda hesabı 27-ci dəqiqədə Bruno Fernandeşin sayəsində açıb. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış “qırmızı şeytan”lar hesab arasındakı fərqi iki topa çatdırıb. Mason Qrinvud fərqlənib.
Oyunda son nöqtəni qarşılaşmanın 58-ci dəqiqəsində Pol Poqba qoyub.
Bu qələbədən sayəsində xal ehtiyatını 58-a çatdıran “Mançester Yunayted” turnir cədvəlində beşinci yerdədir və UEFA Çempionlar Liqasına düşmək şansını saxlayır. Çünki dördüncü yerdə qərarlaşan “Lester Siti”nin 59 xalı var. “Aston Villa” isə 27 xalla 19-cu yerdə qərarlaşıb.