UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb

A- A A+

İyulun 10-da UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa) klubları dörddəbir finala vəsiqə qazanıblar. “Çelsi” - “Bavariya” (0:3), “Napoli” - “Barselona” (1:1), “Real” - “Mançester Siti” (1:2) və “Lion” – “Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya görə, dörddəbir finalda “Mançester Siti”/“Real”-“Yuventus”/”Lion”, “Leypsiq”-“Atletiko”, “Barselona”/“Napoli”-“Çelsi”/“Bavariya”, “Atalanta”-PSJ matçıları oynanılacaq.

Yarımfinalda isə birinci və üçüncü dörddəbir final mərhələsinin, ikinci və dördüncü dörddəbir final mərhələsi cütlərinin qalibləri üz-üzə gələcəklər.

Dörddəbir final mərhələsinin matçları avqustun 12-15-də, yarımfinal görüşləri isə ayın 18-19-da oynanılacaq. Final matçı isə avqustun 23-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: