FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 10-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Rusiya şahmatçısı Yekaterina Laqno həmyerlisi Aleksandra Kostenyuku (6,5:4,5), çinli şahmatçı Hou Yifan iranlı Sarasadat Hademalşariehi (8:2) məğlub edərək finala yüksəliblər.
İyulun 12-də keçiriləcək final yarışlarında H.Yifan E.Laqno ilə mübarizə aparacaq. Üçüncü yer uğrunda isə A.Kostenyuk S.Hademalşarieh ilə oynayacaq.Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli Vencun Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.