“Liverpul”un kapitanı üçün mövsüm erkən başa çatıb

A- A A+

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson üçün cari mövsüm vaxtından əvvəl başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi Britaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, “Brayton”la matçda top uğrunda mübarizə zamanı dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.

Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.

Qeyd edək ki, C.Henderson cari mövsümdə keçirdiyi 40 matçda 4 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: