Ermənistanda "Lori" futbol klubunun 17 üzvü koronavirusa yoluxub.
NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, yoluxanlar arasında həm futbolçular, həm də məşqçilər var.
Xəstəliyə yoluxanların adları açıqlanmayıb. Qeyd olunur ki, komandanın bütün heyəti təcrid edilib.
Xatırladaq ki, Ermənistanda bu günədək koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib, 559 nəfər ölüb.