Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib

A- A A+

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış matçında çempionatda sonuncu pillədə qərarlaşan “Norviç Siti” öz meydanında “Vest Ham Yunayted” komandası ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4. Oyunda bütün qolları “Vest Ham Yunayted” klubunun hücumçusu Mihail Antonio vurub.

Bu qələbə sayəsində “Vest Ham Yunayted” xal ehtiyatını 34-ə çatdıraraq turnir cədvəlində 16-cı yerdədir. “Norviç Siti”nin isə 21 xalı var.

Turun erkən başlayan digər görüşündə isə “Vatford” klubu “Nyukasl Yunayted” komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Vatford” klubunun heyətində hər iki qolu Troy Diney vurub. Bu oyundan sonra “Vatford” 34 xalla 17-ci, “Nyukasl Yunayted” isə 43 xalla 13-cü sırada yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: