“Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub

A- A A+

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Çelsi" klubu səfərdə "Şeffild Yunayted" komandasının qonağı olub. “Bramall Lane” stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Şeffild Yunayted”in heyətində David Makqoldrik (2) və Oliver Makburni fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Şeffild Yunayted” turnir cədvəlində 6-ci yerə yüksəlib. “Çelsi” isə 60 xalla üçüncü yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: