İyulun 11-də futbol üzrə İtaliya A Seriyasında 32-ci turun növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Roma" klubu səfərdə autsayder “Breşiya"nın qonağı olub. “Mario Rigamonti” stadionunda keçirilən görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Roma”in heyətində Federiko Fazio, Nikola Kaliniç və Nikolo Dzaniolo fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Roma” turnir cədvəlində 5-ci yerə yüksəlib. “Breşiya” isə 21 xalla 19-cu pillədə qərarlaşıb.
Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” öz meydanında “Sassuolo” klubunu qəbul edib. Görüş “Sassuolo”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Latsio”nin ardıcıl üçüncü məğlubiyyətidir.