İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, maraqlı keçən qarşılaşma paytaxt təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Meydan sahiblərinin yeganə qolunu Oskar Skarione vurub.
Gün ərzində “Antalyaspor” – “Alanyaspor” və “Fənərbağça” – “Sivasspor” matçları keçiriləcək. Bu oyunlar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bundan əlavə, turda iyulun 13-də “Kasımpaşa” – “Rizəspor”, “Kayserispor” – “Qaziantep”, “Konyaspor” – “Başakşəhər”, “Dənizlispor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Beşiktaş” komandaları qarşılaşacaq.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Beşiktaş” klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Qalatasaray” (52 xal), “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal) və digər komandalar gəlir.