Azərbaycanın yeniyetmə həndbolçuları Finlandiya təmsilçilərini minimal hesabla məğlub ediblər

A- A A+

İyulun 2-də İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında 14-cü açıq Avropa turnirinə start verilib.

NUHÇIXAN Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, “C” qrupunda 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan millisi ilk yarış günündə Fransa və Finlandiya yığmaları ilə üz-üzə gəlib.

Təmsilçilərimiz birinci oyunda Fransa kollektivinə məğlub olublar - 23:6. Daha sonra Finlandiya həndbolçuları ilə qarşılaşan komandamız görüşdən minimal hesabla qalib ayrılıb - 18:17.

Qeyd edək ki, çempionat iyulun 6-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: