Cari mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək İstanbulun “Qalatasaray” futbol klubunun daha bir transferi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə klubu “Olimpiakos”un sağ cinah müdafiəçisi Omar Elabdellauini heyətinə qatıb. Yunanıstan təmsilçisi ilə müqavilə müddəti başa çatan 29 yaşlı futbolçunun transferi “cim-bom”a pulsuz başa gəlib. Norveç millisinin üzvü cari mövsüm başa çatan kimi Superliqa klubu ilə münasibətləri rəsmiləşdirəcək. Onun illik məvacibi 1,5 milyon avro olacaq.
Qeyd edək ki, “Qalatasaray” buna kimi Əmrə Kılınç, Oğulcan Çağlayan və Kərəm Aktürkoğlunu transfer edib.