Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Seneqalın paytaxtı Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 2022-ci ildən 2026-cı ilədək təxirə salınmasına qərar verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Oyunların təxirə salınması iyulun 17-də BOK-un iclasında təsdiqlənməlidir.
Qeyd edək ki, yarış koronavirus səbəbindən təxirə salınıb.
Xatırladaq ki, yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci il oktyabrın 22-dən noyabrın 9-dək Dakarda keçirilməli idi. Bu, Afrika qitəsinin ev sahibliyi edəcəyi ilk Olimpiya Oyunları kimi tarixə düşəcək.