Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində uğurlu çıxışını davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız 4-cü turda vyetnamlı Le Kyanq Liem ilə xalları yarı bölüb. Təmsilçimiz 4 qrossmeysterin qatıldığı yarışda 3 xal qazanaraq liderliyini qoruyur. Turnirin digər iştirakçıları amerikalı Ceffri Şonq 2,5, rusiyalı Vladimir Fedoseyev 2, Le Kyanq Liem 0,5 xal toplayıblar.
Yarışa iyulun 17-də yekun vurulacaq.