“Real Madrid” sona bir tur qalmış 34-cü dəfə İspaniya çempionu olub

A- A A+

İyulun 16-da futbol üzrə İspaniya La Liqasının 37-ci turunun 10 oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnir cədvəlin lideri “Real Madrid” klubu öz meydanında “Villyareal” komandasını qəbul edib.

Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Kərim Benzema və Serxio Ramos fərqlənib. “Villyareal”ın yeganə qolunu Visente İbora vurub.

Bu qələbə sayəsində xal ehtiyatını 86-a çatdıran “kral” klubu sona bir tur qalmış çempion adı qazanıb. Klub tarixində 34-cü dəfə bu titula yiyələnib. Sonuncu dəfə “Real Madrid” 2016-2017-ci illər mövsümündə İspaniya çempionu olub.

Madrid təmsilçisinin əzəli rəqibi, ikinci pillədə qərarlaşan “Barselona” isə səfərdə “Osasuna” klubuna məğlub olub - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: