Şahmat üzrə Qran-Pri turnirinin dördüncü mərhələsinin finalçıları müəyyənləşib

A- A A+

Sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 17-də onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin yarımfinal yarışları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, final mərhələsinə vəsiqə uğrunda çinli Hou Yifan hindistanlı Humpi Koneruya 6:5 hesabla məğlub olub. Digər oyunda isə rusiyalı Aleksandra Kostenyuk iranlı Sarasadat Hademalşarieh üzərində 7,5:3,5 hesablı qələbə qazanıb.

Bazar günü keçiriləcək final yarışlarında H.Koneru A.Kostenyukla mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb.

Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarının nəticəsinə görə ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: