İyunun 18-də futbol üzrə İtaliya A Seriyasının 34-cü turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Milan” klubu doğma meydanında (“San Siro”da) “Bolonya” komandasını qəbul edib.
Son oyunlarda üstün oyun nümayiş etdirən “Milan” bu görüşdə rəqibini böyük hesabla məğlub edib - 5:1.
“Rossoneri”in heyətində Aleks Salemakers, Hakan Çalhanoğlu, Ante Rebuç, İsmael Bennaser və Davide Kalabriya fərqləniblər. “Bolonya”nın yeganə qoluna isə Takehiro Tomiyasu imza atıb.
Bu qələbədən sonra xal ehtiyatını 56-a çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Bolonya” isə 43 xalla 10-cu yerdə qərarlaşıb.
“Milan” növbəti turda səfərdə “Sassuolo”nun, “Bolonya” isə “Atalanta”nın qonağı olacaq.