Futbol üzrə Türkiyə Superliqasında 2020-2021-ci il mövsümündə mübarizə aparacaq daha bir komandanın adına aydınlıq gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1-ci liqada çempion olan "Hatayspor"un ardından ikinci pilləni təmin edən "Erzurumspor" da elitaya yüksəlib.
Bu, 34-cü turda "Ümraniyəspor" üzərindəki 4:1 hesablı qələbədən sonra rəsmiləşib. Lider "Hatayspor" mövsümü 66 xalla zirvədə bitiribsə, "Erzurumspor" 62 xalla ikinci olub. Bu üzdən də sözügedən iki komanda Super Liqaya birbaşa vəsiqə qazanıb.
Sonrakı pillələrdə qərarlaşan "Adana Dəmirspor" (61), "Akhisarspor" (57), "Karagümrük" (56) və "Bursaspor" (56) isə elitaya sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirəcək.