Məşhur İspaniya klubu “Deportivo” növbəti mövsüm Üçüncü Liqada mübarizə aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1999-2000-ci il mövsümündə İspaniya çempionu olan “Deportivo” 2017/2018-ci mövsümündə La Liqadan ikinci Liqaya düşüb. Klub 2019/2020-ci il mövsümündə Sequndanı tərk edib. Komanda Sequndada qalmaq üçün “Fuenlabrada”nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun Üçüncü Liqaya düşməsi dəqiqləşib.
Klub sonuncu dəfə 40 il əvvəl Sequndadan aşağı liqada mübarizə aparıb.
Qeyd edək ki, “Deportivo” ilə yanaşı, “Rasinq”, “Numansia” və “Estremadura” klubları da Üçüncü Liqaya yuvarlanıb. “Hueska” və “Kadiz” komandaları isə La Liqaya yüksəliblər.