İyulun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionluğunu vaxtından əvvəl təmin etmiş “Liverpul” klubu öz meydanında “Çelsi” komandasını qəbul edib. “Enfild” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”un heyətində Nabi Keyta (23), Trend Aleksander-Arnold (38), Jorjinyo Veynaldium (43), Roberto Firmino (56), Oksland Çemberland (84), “Çelsi” klubunun isə Olivye Giru (45), Tammi Abraham (61) və Kristian Pulişiç (73) fərqləniblər.
Bu nəticədən sonra xal ehtiyatını 96-ya çatdıraraq “Liverpul” birinci, “Çelsi” isə 63 xalla dördüncü yerdə qərarlaşıb.
Premyer Liqanın son turunda “Liverpul” səfərdə “Nyukasl Yunayted”lə, “Çelsi” isə öz meydanında “Volverhemton” komandası ilə qarşılaşacaq.