Sambo üzrə Avropa çempionatının noyabrda keçirilməsi planlaşdırılır

A- A A+

Sambo üzrə Avropa çempionatının Rusiyanın Yekaterinburq şəhərində bu ilin noyabrın 27-dən 29-dək keçirilməsi planlaşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mayın 21-dən 25-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən sentyabra təxirə salınmışdı. Hazırda FIAS Avropa çempionatını noyabr ayında keçirmək niyyətindədir.

Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: