Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi FIFA-nın rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, kişilərin yarışı gələn il iyulun 22-dən avqustun 7-dək təşkil olunacaq. Qadınların analoji turniri isə iyulun 21-dən avqustun 6-dək keçiriləcək.
Qeyd edək ki, “Tokio-2020” koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Olimpiada iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.