Litva Milli Olimpiya Komitəsi bu ölkənin komandasının gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün idman formalarını təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi ölkə mətbuatına istinadla xəbər verir ki, litvalı dizayner Oksana Raqauskene tərəfindən hazırlanmış formalar Polşanın “4F” şirkəti tərəfindən istehsal olunub.
Olimpiya formasının dizaynında Litvanın dövlət bayrağının rənglərindən, xüsusən sarı və yaşıl rənglərdən geniş istifadə olunub. Formada, həmçinin tünd göy rəngli bəzi elementlər yer alıb ki, bu da dizaynerin sözlərinə görə, ölkədəki gölləri simvolizə edir.