İstanbulun “Beşiktaş” futbol klubu yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “qara qartallar”ın düşərgəsində sonuncu məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, “Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürüb. Otuz üç yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.