İsveçrənin Bil şəhərində Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 25-də blits turniri təşkil edilib. Şahmatçımız A.Naydiç yarışda 6,5 xal toplayıb. Təmsilçimiz rapid turnirinin, klassik şahmat üzrə 3 turun və blits yarışının ümumi nəticəsinə görə 17 xalla 6-cı sırada qərarlaşıb.
Turnirin favoriti polşalı şahmatçı Radoslav Voytaşekdir. Onun aktivində 31,5 xal var.
Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək.