Azərbaycanın 2002-2003-cü il təvəllüdlü həndbolçu qızları İsveçin Göteborq şəhərində keçirilən açıq Avropa turnirində növbəti oyunlarına çıxıblar.
NUHÇIXAN Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, “C” qrupunda yarışan həndbolçularımız İslandiya təmsilçilərinə 27:8, İspaniya kollektivinə 21:12 hesabı ilə məğlub olublar.
Beləliklə, bu nəticələrdən sonra yığmamız 2 xalla qrup sonuncusu olub. Fransa millisi 8 xalla birinci, İspaniya komandası 6 xalla ikinci yerdə qərarlaşıb. İslandiya və Finlandiya yığmaları isə 2 xalla üçüncü-dördüncü yerləri bölüşüblər.
Dörd qrupun ümumi nəticələrinə görə, ilk iki yeri tutanlar əsas mərhələdə birinci və ikinci qruplara bölünərək mübarizə aparacaqlar. Qruplarda digər yerin sahibləri isə aralıq mərhələdə üçüncü və dördüncü qruplarda yarışacaqlar.
Komandamız dördüncü qrupda yer alıb. Təmsilçilərimiz iyulun 4-də Estoniya həndbolçuları ilə üz-üzə gələcəklər.
Çempionata iyulun 6-da yekun vurulacaq.